İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Mask belə Trampı “Twitter”ə qaytara bilməyəcək

ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Twitter”in “Tesla” və “SpaceX” şirkətlərinin baş direktoru İlon Mask tərəfindən alınmasından sonra belə həmin sosial platformaya bir daha geri dönməyəcəyini söyləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Tramp “Fox News Digital”a eksklüziv müsahibəsində danışıb.

“Mən özümün “Truth” adlı platformamda qalıram. Onu daha çox bəyənirəm, necə işlədiyini bəyənirəm. İlon yaxşı oğlandır, amma bu mənim fikrimi dəyişdirməz”, - deyə sabiq dövlət başçısı söyləyib.

Xaırladaq ki, Twitter 6 yanvar 2021-ci ildə Konqres binasına edilən hücumdan sonra Trampın hesabını ömürlük qapatmışdı.

Tramp vəzifədən getdikdən sonra “Truth” sosial şəbəkəsini işə salıb və ondan öz tərəfdarları ilə ünsiyyət üçün əsas vasitə kimi istifadə edib.

Bununla belə, “Truth”ın əhatə dairəsi yüz milyonlarla istifadəçisi olan “Twitter”in yalnız kiçik hissəsinə bərabərdir.

Qeyd edək ki, aylarla davam edən danışıqlardan sonra İlon Mask cümə axşamı “Twitter”i 44 milyard dollara aldığını açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR