İnsanlara hürriyət, millətlərə istiqlal!

İlk uğurlu beyin implantı həyata keçirildi

ABŞ-də İlon Maskın rəhbərlik etdiyi Neuralink startapı ilə məşhurlaşan beyin implantı texnologiyasında Çin də ciddi irəliləyiş əldə edib.

Milli.Az xəbər verir ki, Çin bu sahədə klinik sınaqları uğurla həyata keçirən ikinci ölkə olub.

Bu ilin mart ayında iflic keçirmiş bir pasiyentə beyin implantı yerləşdirilib. Hazırda o, düşüncə gücü ilə kompüter siçanını idarə edir, oyunlar və şahmat oynaya bilir.

Əməliyyatı Şanxay Tədqiqat Mərkəzinin mütəxəssisləri həyata keçirib. Çinlilərin hazırladığı implantın diametri cəmi 26 mm, qalınlığı isə 6 mm-dir. Mütəxəssislərə görə, bu cihaz Neuralink-dən 100 dəfə daha çevikdir.

Növbəti mərhələdə pasiyentin düşüncə ilə robot qolunu idarə etməsi - əşyaları tutması və stəkan saxlamağı öyrənməsi planlaşdırılır. Əgər hər şey uğurla nəticələnərsə, Çin implantı 2028-ci ildə bazara çıxarmağı hədəfləyir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2025

19 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR