Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak Ukraynanın müharibədəki itkilərini açıqlayıb.
Musavat.com xəbər verir ki, Zelenskinin "sağ əli" kimi tanınan Podolyak müharibə başlayandan (24 fevral - red.) bugünədək təxminən 10-13 min Ukrayna əsgərinin öldüyünü bildirib.
Lakin Ukrayna Silahlı Qüvvələri bu rəqəmi rəsmən təsdiqləməyib.
Xatırladaq ki, Podalyak iyun ayında verdiyi açıqlamada müharibədə hər gün 100-200 Ukrayna əsgərinin həlak olduğunu bildirmişdi.
ABŞ-ın Baş Qərargah rəisi general Mayk Milley isə müharibədə təxminən 100 min rus və 100 min ukraynalı əsgərin öldüyünü və ya yaralandığını təxmin etdiklərini açıqlayıb.
General Milley Rusiyanın Ukraynaya müdaxiləsində 40 minə yaxın mülki vətəndaşın həyatını itirdiyini qeyd edib.
Bu, bir Qərb rəsmisi tərəfindən indiyə qədər açıqlanan ən yüksək ölüm və ya yaralanma statistikasıdır.
Moskvanın hərbi itkilərlə bağlı yekun bəyanatı isə sentyabr ayında verilib. Kreml ölən əsgərlərin sayının 5937 nəfər olduğunu açıqlayıb. Bu açıqlamadan sonra Rusiyadan gələn hərbi itkilərlə bağlı heç bir yenilik olmayıb.
Nigar Cəfərli,
Musavat.com
13 Oktyabr 2024
12 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ