İnsanlara hürriyət, millətlərə istiqlal!

İLK DƏFƏ: Sumqayıt Tibb Mərkəzində endoprotez əməliyyatı icra olundu

Sumqayıt Tibb Mərkəzində tibbi xidmət çeşidlərinin artırılması istiqamətində növbəti uğurlu addım atılıb.

Musavat.com xəbər verir ki, 2 nömrəli Xəstəxanada ilk dəfə endoprotez əməliyyatı icra olunub.

Mərkəzin direktoru Elnur Azadxanov bildirib ki, uğurla başa çatıb:

“Qadın pasiyent üzərində həyata keçirilən sağ diz oynağının total artroplastikası (endoprotez) əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində həyata keçirilib.

Əməliyyat travmatoloq-ortopedlər Fuad Ağayev və Bəxtiyar Əliyev tərəfindən həyata keçirilib. Bu tip cərrahi ortopedik əməliyyatların başlanılması endoprotezləşmə üçün digər müəssisələrə yönəldilməni, əməliyyatlar üçün növbələri aradan qaldırmaqla, dövlət müəssisəsində həm Sumqayıt, həm də ətraf rayon, şəhər əhalisinin xidmətə əlçatanlığını təmin edəcək”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR