İnsanlara hürriyət, millətlərə istiqlal!

İLK DƏFƏ! Putinə öz ölkəsində rəsmi tənqidlər yağdı

"Putinin Ukraynaya hərbi müdaxiləyə başlayarkən bəyan etdiyi məqsədlərin heç biri indiyədək yerinə yetirilməyib".

Musavat.com xəbər verir ki, bunu Rusiya parlamentindəki hakim Vahid Rusiya Partiyasının deputatı Konstantin Zatulin deyib.

O, bugünkü nöqtəyə çatan müharibənin Rusiyanın özü üçün yeni risklər daşıdığını da qeyd edib:

"Prezident Putin Ukrayna əməliyyatına başlayarkən Ukraynanın nasistlərdən təmizlənməsini, Ukraynanın tərksilah edilməsini, Ukraynanın neytrallığını və Donbas bölgəsində yaşayan rus əhalisinin təhlükəsizliyini hədəfləmişdi.

Gördüyümüz kimi, bu bəndlərin heç biri həyata keçirilməyib. İndi içində olduğumuz proses qardaş və bacı hesab etdiyimiz rus və ukrayna xalqlarını dərhal düşmən etməyə xidmət edir. Təəssüflə etiraf etməliyik ki, biz pis bir dairəyə daxil olmuşuq. Bu, Rusiyanın təhlükəsizliyinə yeni təhdidlər yaradır".

Qeyd edək ki, bu, Rusiya daxilində Vladimir Putinə qarşı ilk rəsmi tənqiddir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR