Onlayn ictimai-siyasi qəzet
İsrailin hər yerdə axtardığı və “HƏMAS-ın beyni” kimi tanınan Yəhya Sinvar 7 oktyabr hücumlarından sonra ilk dəfə ictimai mesaj yayımlayıb.
Musavat.com xəbər verir ki, Sinvar siyasi büro üzvlərinə göndərdiyi mesajda HƏMAS-ın İsrailə qarşı çətin və misli görünməmiş müharibə apardığını bildirib və İsrailin ağır itkilərlə üzləşdiyini iddia edib.
HƏMAS-ın İsrail qüvvələrini əzmək yolunda olduğunu iddia edən Sinvar işğal şərtlərinə qəti şəkildə boyun əyməyəcəklərini açıqlayıb.
İsrail mediası iddia edib ki, girovları xilas etmək üçün çarəsiz qalan Təl-Əviv rəhbərliyi HƏMAS liderləri Məhəmməd Deif və Yəhya Sinvara bir növ toxunulmazlıq vermək variantını nəzərdən keçirir. “Times of Israel”in xəbərinə görə, İsrail girovların azad edilməsi müqabilində HƏMAS-ın iki vacib fiqurunun Qətərə və ya başqa bir ölkəyə deportasiyasını qəbul edə bilər.
Musavat.com
05 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ