İnsanlara hürriyət, millətlərə istiqlal!

İlk dəfə atası ilə kameralar qarşısına çıxdı - Kim Çen Inın qızı bu FOTOLARI ilə gündəm oldu

Tez-tez kameralardan uzaq həyatı ilə bağlı iddialarla gündəmdə olan Şimali Koreya lideri sirr olaraq saxladığı qızı ilə dünən ilk dəfə kameralar qarşısına çıxıb.

Musavat.com xəbər verir ki, sünən qitələrarası idarə olunan raket sınağını yerində izləyən Kim Çen Inın yanında adı açıqlanmayan qızı da olub.

Şimali Koreya xəbər agentliyi KCNA, raket sınağı ilə bağlı xəbərlərində paytaxt Pxenyan hava limanında qurulan raket platformasının ətrafında Kim və adı açıqlanmayan qızın fotoşəkillərini yerləşdirib. "Hwasong-17" raketinin buraxılışını əks etdirən fotolarda Kim ağ gödəkçəli 12-13 yaşlı qızla raket platformasının qarşısında onun əlindən tutaraq onun uçuş-enmə zolağını seyr edərkən görünüb. 

Qeyd edək ki, amerikalı basketbolçu Dennis Rodman 2013-cü ildə ölkəyə səfərindən sonra Kim və həyat yoldaşı Ri Sol Junun "Ju Ae" adlı körpəsi olması barədə məlumatı Britaniyanın "Guardian" qəzetinə müsahibəsində demişdi.

Şimali Koreyanın dövlət mediası 2012-ci ilin iyulunda Kim və Rinin evliliyini açıq şəkildə elan etmişdi. Cənubi Koreya kəşfiyyatı ölkə rəsmiləri ilə nikah mərasiminin əslində üç il əvvəl keçirildiyini, lakin bu məlumatın açıqlanmadığını bildirmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR