İnsanlara hürriyət, millətlərə istiqlal!

"İlin sonuna qədər məni öldürəcəklər" - Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, onu devirmək üçün "Maydan-3" əməliyyatı bu ilin sonunda baş tutmalıdır.

Musavat.com publika.az-a istinadən xəbər verir ki, Zelenski bu barədə "San" qəzetinə müsahibəsində deyib.

Zelenski aydınlaşdırıb ki, guya bu əməliyyatı Rusiya xüsusi xidmət orqanları inkişaf etdirir. O, ölkədə "Maydan-3"ün keçirilməsi ilə bağlı məlumatı Ukrayna kəşfiyyatı və digər tərəfdaşlarından alıb.

"Əməliyyat 2023-cü ilin sonuna qədər aparılmalıdır. Planın təfərrüatı bu anda müəyyən hadisələrdən asılı olaraq dəyişə bilər. Əsas məqsədin mənim fiziki olaraq aradan götürülməyimdir", - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, bu əməliyyatda istənilən mövcud vasitələrdən istifadə olunacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR