Onlayn ictimai-siyasi qəzet
Türkiyə millisinin keçmiş futbolçusu İlhan Mansız Leyla adlı azərbaycanlı xanımla evlənib.
İki ildir birlikdə olan cütlük ABŞ-nin Arizona ştatında nikaha girib.
Mansız sosial şəbəkə hesabında özəl gündən fotolar paylaşıb.
“Mr&Mrs Mansız. Tanış olduğumuz gündən həyatıma məna verən və həyat yoldaşım olduğun üçün məni ən xoşbəxt edən sevgilim, səni çox sevirəm”.
Cütlük Bodrumda toy etməyi düşünür.
Həmçinin 48 yaşlı keçmiş futbolçu ikinci dəfə ata olmağa hazırlaşır. Onların yaxın zamanda oğlu dünyaya gələcək.
Qeyd edək ki, İlhan Mansızın 2004-cü ildə boşandığı Nina Ritterlə evliliyindən Aimee adlı 20 yaşlı qızı var. (Ölkə.Az)
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ