İnsanlara hürriyət, millətlərə istiqlal!

İlhamənin övladlığa götürdüyü Orxanla bağlı YENİ FAKTLAR 

Mərhum xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan Nadirovun itkin düşməsi ilə bağlı yeni faktlar açıqlanıb.

"Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı Orxan Nadirovun həbs edilmədiyini vurğulayıb:

"Moskvadan İstanbula uçmaq üçün hava limanına gedib. Sərhəd-keçid məntəqəsindən buraxılmayıb. Uçuşa qeydiyyatı ləğv edilib. Amma bildirilir ki, o, həbs edilməyib. Harada olduğu haqda heç bir məlumat yoxdur".

Orxan Nadirovun doğma anası Lalə xanım isə aparıcının sualına cavabda deyib: "Oğlum 8 ayda bir dəfə də zəng etməyib. Sağ olsaydı, mənə zəng edərdi. Əgər Orxan hüquq-mühafizə orqanları tərəfindən saxlanılmayıbsa, mənə xəbər etməyə bilməz. O, mənim vəziyyətimi bilir". (Teleqraf.com)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR