İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi bu ölkələrə niyə gedib? - FOTO, VİDEO

Elçin Əmirbəyov Tailand, Laos və Vyetnama SƏFƏR ETDİ - MÜHÜM GÖRÜŞLƏR KEÇİRDİ

20-23 avqust 2024-cü il tarixlərində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Tailand Krallığı, Laos Xalq Demokratik Respublikası və Vyetnam Sosialist Respublikasına işgüzar səfər edib.

Musavat.com xəbər verir ki, səfər çərçivəsində E.Əmirbəyov Vyetnamın vitse-prezidenti Vo Thi An Suan, Laosun baş nazirin müavini, xarici işlər naziri Salimsay Kommasit, Tailand Milli Assambleyanın sədri Vanmuhamadnur Matha və digər rəsmilərlə görüşlər keçirib.

Görüşlər zamanı ölkələrimiz arasında ikitərəfli əlaqələrin hazırkı durumu, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə, həmçinin ASEAN kontekstində əməkdaşlığın genişləndirillməsi və inkişafı perspektivləri ətrafında müzakirələr aparılıb.

Untitled (3)-70.jpg (221 KB)

Vyetnamda keçirilən görüşlərdə Elçin Əmirbəyov Vyetnam lideri Ho Şi Minin 1959-cu ildə Bakıya səfəri və Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama tarixi səfəri ilə xalqlarımız arasında dostluq münasibətlərinin əsası qoyulduğunu qeyd edərək, ölkələrimiz arasında energetika, ticarət, təhsil və mədəniyyət kimi sahələrdə əməkdaşlığın inkişafı üçün hal-hazırda əlverişli imkanların mövcud olduğunu qeyd edib. Qarşı tərəf Azərbaycanla möhkəm ənənələrə və qarşılıqlı dəstəyə əsaslanan Azərbaycan-Vyetnam dostluq münasibətlərinə vacib əhəmiyyət verdiyini, mövcud siyasi dialoqun qarşılıqlı yüksək səviyyəli səfərlər vasitəsilə daha da inkişaf etdirilməsi, energetika, iqtisadiyyat, parlamentlərarası əlaqələr, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylər göstərməyə hazır olduğunu bildirmişdir.

Untitled (1)-79.jpg (287 KB)

Laosda keçirilən danışıqlarda E.Əmirbəyov 2025-ci ildə ikitərəfli diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunacağını vurğulayaraq, bu əlamətdar tarixin xüsusi tədbirlər və layihələrlə qeyd edilməsini təklif etmişdir. Eyni zamanda, sovet dövründə Azərbaycanda təhsil almış çoxsaylı laoslulardan ibarət Dostluq Assosiasiyasının yaradılması ilə bağlı Laos hökuməti tərəfindən həyata keçirilmiş təşəbbüsü alqışlayaraq, bu qurumun fəallığını və təşəbbüskarlığını xüsusi vurğulayıb və cari ilin may ayında qurumun üzvlərindən ibarət heyətin Bakıya səfərinin yaddaqalan olduğunu söyləmişdir. O, Azərbaycan tərəfinin Laos ilə müxtəlif sahələrə səmərəli əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib. Laosun xarici işlər naziri beynəlxalq aləmdə nüfuzu getdikcə möhkəmlənən Azərbaycanla bir çox sahələrdə əlaqələri gücləndirmək istəyində olduğunu qeyd edərək, bu sahədə yaxın zamanlarda praktiki tədbirləri görməyə hazır olduğunu bildirmişdir.

Untitled-47.jpg (168 KB)

Tailandda keçirilmiş görüşdə ölkə parlamentinin sədri ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, özünün cari ilin fevral ayında Azərbaycana etdiyi uğurlu səfəri məmnunluq hissi ilə xatırlayaraq, yaxın zamanlarda ölkəmizdə keçiriləcək parlament seçkilərdən sonra da Milli Məclislə səmərəli əlaqələri davam etdirmək əzmində olduğunu bildirmişdir. Tailand Milli Assambleyanın sədri ölkəsinin Azərbaycan kimi sürətlə inkişaf edən dövlət ilə bütün sahələrdə əməkdaşlığın gücləndirilməsinin tərəfdarı olduğunu qeyd edərək, Azərbaycanın bu yaxınlarda Tailanda səfirin təyin olunmasını yüksək qiymətləndirmişdir.

Keçirilmiş görüşlərdə E.Əmirbəyov post-münaqişə mərhələsində bölgədə cərəyan edən proseslər və Ermənistanla davam etdirilən sülh prosesində mövcud vəziyyət və perspektivlər, işğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işləri, habelə minaların təmizlənməsi prosesi, ASEAN Regional Minatəmizləmə Mərkəzinin dəvəti ilə ANAMA-nın nümayəndə heyətinin bu günlərdə bölgəyə, o cümlədən Tailand, Laos, Kamboca və Vyetnama həyata keçirilən işçi səfəri haqqında qarşı tərəfə ətraflı məlumat verib.

Görüşlərdə həmçinin cari ildə ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyəti vurğulanıb və bu sahədə ölkələrimiz arasında səmərəli əməkdaşlıq üçün əlverişli imkan yaratdığı vurğulanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR