Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan Prezidenti İlham Əliyevin erkən prezident seçkisi qərarından sonra Ermənistanın baş naziri Nikol Paşinyan da eyni qərarı verib, erkən parlament seçkisi barədə düşünə bilər”.
Musavat.com xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloqun sözlərinə görə, gələn il iki ölkə arasında danışıqlar intensivləşəcək:
“Ermənistan müxalifəti indidən Nikol Paşinyanı sülh sazişində Azərbaycana güzəştə getməkdə ittiham edir. Erkən parlament seçkisi vasitəsilə əlini gücləndirəcəyini planlaşdıran Paşinyan müxalifəti zəiflədib İlham Əliyevlə danışıqlarda arxaya boylanmadan nəticə əldə etmək istəyə bilər. Paşinyan həm də ona arxayındır ki, Ermənistanın susqun çoxluğunun ona olan dəstəyi azalmayıb. Azərbaycanla Ermənistan arasında əsirlərin dəyişdirilməsi və iki ölkə arasında atılacaq digər addımlar Paşinyanın mövqelərini daha da gücləndirəcək.
Ermənistan cəmiyyəti İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətdən sonra müharibə istəmir, Azərbaycan və Türkiyə ilə məsələlərin danışıqlar yoluyla həllini istəyir. Bu, Paşinyanın işinə yarayır”.
Aytən Novruz
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ