İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev və Sadır Japarov “Ala-Arça” Dövlət Təbiət Parkında mədəni proqramda iştirak edib

Oktyabrın 12-də Bişkekdəki “Ala-Arça” Dövlət Təbiət Parkında mədəni proqram təşkil olunub.

Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov tədbirdə iştirak ediblər.

Mədəni proqramda qırğız xalqının milli adət və ənənələri geniş nümayiş olunub. Qırğız sənətkarları buradakı xiyabanda Azərbaycanın və Qırğızıstanın dövlət başçılarına əl işlərini, milli xalçalar - “Şırdak”ı təqdim etdilər. Dövlət başçıları milli xalçalar istehsal edilən emalatxanalarla tanış olu lar. Burada qırğız xalqının milli mətbəxindən nümunələr də təqdim edilib.

Prezidentlər, həmçinin milli geyim kolleksiyalarından ibarət sərgiyə baxıblar.

Dövlət başçılarına ənənəvi “Salbuurun” ovunun elementləri də nümayiş etdirilib.

xxx

Oktyabrın 12-də Bişkekdəki “Ala-Arça” Dövlət Təbiət Parkında mədəni proqram olub.

Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov tədbirdə iştirak ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR