İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev: "Tofiq Quliyevin əsərləri Azərbaycan mədəniyyət aləmində inqilab edib"

"Şəhərimizin mərkəzində ucaldılan bu abidə Azərbaycan xalqının dahi bəstəkar Tofiq Quliyevin xatirəsinə olan hörmətinin əlamətidir. Həqiqətən Tofiq Quliyevin əsərləri Azərbaycan mədəniyyət aləmində bir inqilab etmişdir".

Musavat.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılış mərasimində çıxışında bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Tofiq Quliyev həm görkəmli bəstəkar, həm Azərbaycanda caz sənətinin banisi də adlandırıla bilər. Eyni zamanda, böyük mədəniyyət xadimi Tofiq Quliyev Azərbaycan xalqının sevgisini qazanmışdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR