İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev: "Azərbaycan ilə Özbəkistanı əsl dostluq və qardaşlıq telləri birləşdirir"

"Azərbaycan ilə Özbəkistanı əsl dostluq və qardaşlıq telləri birləşdirir".

Musavat.com xəbər verir ki, bu, sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə göndərdiyi məktubunda yer alıb.

"Belə möhkəm təməllər əsasında qurulmuş ikitərəfli münasibətlərimizin və strateji tərəfdaşlığımızın ildən-ilə yüksələn xətlə inkişaf etməsi və konkret məzmunla zənginləşməsi bizi sevindirir. Aramızdakı açıq və fəal siyasi dialoq, ali səviyyəli qarşılıqlı səfərlərimiz, mütəmadi görüşlərimiz, imzalanmış çoxsaylı sənədlər, uğurla həyata keçirilən birgə layihələr, o cümlədən Hökumətlərarası Komissiyanın fəaliyyəti əməkdaşlığımızın müsbət dinamikasını şərtləndirərək yeni tərəfdaşlıq istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayır", - məktubda bildirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR