Onlayn ictimai-siyasi qəzet
Harvard Universiteti terroru dəstəkləyən davranışlara görə tələbə qəbulu və mübadilə proqramında iştirak üçün nəzərdə tutulan ziyarətçi proqramı sertifikatını itirdiyi barədə məlumat vermişdik. ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem Harvard Universitetinin tələbə qəbulu və mübadilə proqramında iştirak üçün nəzərdə tutulan ziyarətçi proqramı sertifikatının (SEVP) ləğv olunması barədə göstəriş verib.
Musavat.com vedemosti.ru-ya istinadən xəbər verir ki, mayın 23-də Massaçusets məhkəməsi Harvardın beynəlxalq tələbələrə qadağasını müvəqqəti olaraq dayandırıb.
Bəs, indiki baş nazirlərdən və prezidentlərdən əcnəbi kimi Harvarda məktəbinin diplomuna sahibdir?
İsrailin baş naziri Benyamin Netanyahu 1977-ci ildə Harvardda siyasi elmlər üzrə magistr dərəcəsi alıb.
Moldova prezidenti Maya Sandu 2010-cu ildə Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbində magistr dərəcəsi alıb.
Kanadanın baş naziri Mark Karni 1988-ci ildə Harvard Universitetini iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə bitirib.
İordaniyanın baş naziri Cəfər Həsən və Monqolustanın baş naziri Oyun-Erdene Luvsannamsrain da Kennedi Hökumət Məktəbində magistr dərəcəsi alıblar.
Sinqapurun baş naziri Lourens Syu Çay da 2004-cü ildə Harvardda Dövlət İdarəçiliyi magistri dərəcəsini bitirib.
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis 1990-cı illərdə Harvardda sosial elmlər və biznes idarəçiliyi üzrə təhsil alıb.
Butanın baş naziri Çerinq Tobqay da Harvard məzunudur.
Cənubi Koreyanın baş naziri Han Deok-Su 1984-cü ildə Harvard iqtisadiyyatı üzrə diplom alıb.
Tayvan prezidenti Lai Qingde 2003-cü ildə ictimai səhiyyə üzrə magistr dərəcəsi alıb.
Botsvana Prezidenti Duma Boko Harvard Hüquq Məktəbinin hüquq təhsili alıb.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ