Onlayn ictimai-siyasi qəzet
“Kapital Bank”ın əməkdaşının avtomobilindən qatlanan bıçaq və bir ədəd patron çıxıb. Məhkəmə onun barəsində bəraət hökmü verib.
Musavat.com xəbər verir ki, Füzulidə “Kapital Bank”ın əməkdaşı, kredit mütəxəsisi Amid Babayev qanunsuz olaraq odlu silah saxlamaq ittihamı ilə məsuliyyətə cəlb edilib.
Amid Babayev İmişli, Füzuli rayonları ərazisində səyyar fəaliyyət göstərərək kredit ayırmaq üçün müştəri axtarırmış. Füzuli rayonunda mebel mağazalarından birinə daxil olaraq orada çalışanlara kreditlə bağlı təkliflər edib. Həmin şəxslər Amid Babayevdən şübhələnərək onun dələduz olduğunu düşünüblər. Bu barədə polisə məlumat veriblər. Amid Babayev polisə aparılan zaman onun maşınında da axtarış edilib. Babayevin maşınından qatalanan bıçaq və bir ədəd patron çıxıb.
Amid Babayev bildirib ki, bıçaq onun maşınına minən sərnişinlərdən birindən düşdüb. Patronu isə bir məclisdə iştirak edən zaman tanımadığı uşağın əlində görüb. Həmin uşağa patronun təhlükəli olduğunu deyərək əlindən alıb və maşına qoyub. Amid unutduğu üçün patronun maşında qaldığını deyib.
Polisə dəvət edilən Amid Babayevin həqiqətən də “Kapital Bank”ın əməkdaşı olduğu məlum olub. Lakin ona qanunsuz olaraq silah saxlama maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmə isə Amid Babayevə bu ittihamla bəraət verib.
İ.Muradov
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ