İnsanlara hürriyət, millətlərə istiqlal!

“İki qədəh içdim, qusmadım…” – Trampın adamı Lukaşenkonu içki masasında “yumşaltdı”, 14 məhbus azad olundu

Musavat.com xəbər verir ki, ABŞ-ın sabiq prezidenti Donald Trampın şəxsi hüquqşünası Con Koulun Belarus lideri Aleksandr Lukaşenko ilə keçirdiyi sensasion görüş dünya mediasının gündəmini zəbt edib. “Politico” nəşrinin yazdığına görə, bu görüş zamanı içki süfrəsi ətrafında aparılan söhbət nəticəsində Lukaşenko 14 siyasi məhbusun azad edilməsinə razılıq verib.

Vaşinqtonun qeyri-rəsmi emissarı kimi Minskə səfər edən Con Koul görüşdən sonra mediaya verdiyi açıqlamada hadisəni bu cür təsvir edib:

“Lukaşenko ilə görüş zamanı araq süfrəsində oturduq. İki qədəh içdim — qusmadım, amma üçüncünü içmədim. Bəli, bu mənim diplomatik missiyamın tərkib hissəsi idi.”

Hüquqşünasın sözlərinə görə, söhbət əsnasında o, Belarus rəhbərini insan haqları və siyasi məhbuslarla bağlı daha yumşaq mövqe sərgiləməyə çağırıb. Görünür, bu çağırış və qeyri-rəsmi diplomatiya öz bəhrəsini verib — Lukaşenko həmin görüşdən az sonra 14 siyasi məhbusun azad olunmasına göstəriş verib.

Görüşün keçirildiyi otaq və protokol çərçivəsində yayılan görüntülər də bu diplomatik “içki masası dialoqunun” qeyri-adi səmimi atmosferdə keçdiyini göstərir.

Qeyd edək ki, bu hadisə Lukaşenko ilə Qərb arasında uzun illərdir davam edən gərgin münasibətlər fonunda baş verib və Tramp komandasının qeyri-ənənəvi diplomatik üsullardan istifadə edərək nəticə əldə etməsi kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2025

21 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR