İnsanlara hürriyət, millətlərə istiqlal!

“İdman karyeramı bitirəndən 4-5 yerdə işləyirəm” – Fəridə Əzizova

Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının yeni tərkibi müəyyənləşib. Rüstəm Orucov (cüdo) komissiyanın sədri, Fəridə Əzizova (taekvondo) sədr müavini seçilib.

Yeni təyinatı ilə bağlı Musavat.com-a danışan Fəridə Əzizova bildirib ki, hazırda 4-5 yerdə çalışır və bu, ona çətin deyil:

“Mən 4 ildir ki, Atletlər Komissiyasında fəaliyyət göstərirdim. Eyni zamanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında müəllim kimi çalışıram. Hazırda Taekvondo Federasiyasında milli komandanın məşqçisiyəm. Həm də yenidən idman səfiri seçilmişəm. Heç bir çətinlik çəkmədən bir neçə işi görə bilirəm. İdman karyeramı bitirəndən bu işlərlə məşğul oluram”.

Qeyd edək ki, Fəridə Əzizova Birinci Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə 2015-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

BÜTÜN XƏBƏRLƏR