İnsanlara hürriyət, millətlərə istiqlal!

İDDİA: Ukrayna PUA-larla Kremlə hücum edib-Putinə sui-qəsd cəhdi - VİDEO

 

Ötən gecə Rusiya prezidentinin Kremldəki iqamətgahına pilotsuz uçuş aparatları ilə zərbə endirilməsinə cəhd olub.

Bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

Hadisə dövlət başçısı Vladimir Putinə Kiyev tərəfindən sui-qəsd cəhdi kimi qiymətləndirilib.

Elektron müdafiə sistemlərindən istifadə etməklə vaxtında görülən tədbirlər nəticəsində pilotsuz uçuş aparatları sıradan çıxarılıb.

Kremlin Mətbuat Xidmətindən əlavə edilib ki, Moskva Kiyevin Kremlə zərbə endirmək cəhdinə “harada və nə vaxt” cavab vermək hüququnu özündə saxlayır.

 

***

Ukrayna-Rusiya müharibəsində gərginlik pik həddə çatıb.

Musavat.com xəbər verir ki, bu barədə teleqram xəbərlərində məlumatlar yayılıb.
Yayılan xəbərlərə görə Ukrayna PUA-larla Kremlə hücum edib.

Paylaşılan videolarda Kremlin üzərindən ağ tüstü qalxdığı görünür. Hələ ki, bu məsələ ilə bağlı rəsmi açıqlama yoxdur. 


Həmin videonu təqdim edirik:

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR