İnsanlara hürriyət, millətlərə istiqlal!

“İdalia” ABŞ-ı vuracaq - Bayden Floridada FV rejimi elan etdi

ABŞ prezidenti Co Bayden yaxınlaşan “İdalia” qasırğasının mümkün fəsadları ilə əlaqədar Florida ştatında fövqəladə vəziyyət elan edilməsi qərarını təsdiqləyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamada Baydenin "İdalia” tropik fırtınası ilə əlaqədar fövqəladə tətbiq etmək barədə əmr verib.

Fövqəladə vəziyyət insanların həyatını xilas etməyə, əmlakın, ictimai sağlamlığın və təhlükəsizliyin qorunmasına kömək edəcək və Floridanın fırtınanın ən çox vuracağı əyalətlərində fəlakət təhlükəsini azaltmaq və ya qarşısını almaq üçün çalışacaq.

ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olan Florida qubernatoru Ron DeSantis qasırğaya çevrilə biləcək fırtına səbəbindən seçki kampaniyasını yarımçıq qoyub.

Təşviqat qrupu vasitəsilə paylaşılan elanda DeSantis bildirib ki, əyalətdə qarşıdan gələn fəlakətə hazırlaşmaq üçün seçki kampaniyası üzərində işi dayandırıb.

“İdalia” qasırğasının avqustun 30-da Florida sahillərinə çatacağı gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR