İnsanlara hürriyət, millətlərə istiqlal!

İctimai iaşə obyektləri 5 ulduz sistemi üzrə təsnif ediləcək

İctimai iaşə obyektlərinin hotellərdə olduğu kimi 5 ulduz sistemi üzrə təsnifatlaşdırılması aparılacaq.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar 2023-cü ilin 6 ayı ərzində görülmüş tədbirlərə dair keçirilən mətbuat konfransında məlumat verib.

Q.Təhməzli bildirib ki, bu proses Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən sahibkarların könüllü müraciətinə əsasən həyata keçiriləcək. AQTA sədri bununla bağlı beynəlxalq təcrübəyə uyğun təlimatın da hazırlanaraq təsdiq edildiyini nəzərə çatdırıb.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR