İnsanlara hürriyət, millətlərə istiqlal!

İctimai fəal Bəxtiyar Hacıyev hələ də Azərbaycan vətəndaşıdır – niyə çıxardılmır? – SORĞU

Avqust ayının sonlarında ictimai fəal Bəxtiyar Hacıyev ölkə vətəndaşlığından imtina edib və bu barədə ərizə ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edib.

B. Hacıyev bu hərəkətini hüquqlarının ardıcıl pozulması və şəxsinə yönəlik qərəzli münasibətlə əlaqələndirib.



Bu hadisənin üzərindən 22 gün keçəndən sonra Musavat.com-un müxbiri ictimai fəalın müraciətinin taleyi ilə maraqlanıb:

Bunun üçün Dövlət Miqrasiya xidmətinə rəsmi sorğu ilə müraciət etdik. Aldığımız cavab bizi heyrətləndirdi.

Məlum oldu ki, bütün ölkənin gözü qarşısında, hadisə xarakterli müraciətlə DMX-yə ərizə təqdim edən Bəxtiyar Hacıyev sonradan bu prosesi təqib etməyib. Müvafiq sənədləri toplayaraq, vətəndaşlıqdan çıxmaq üçün lazım olan prosedurları həyata keçirməyib. Azərbaycan Respublikası Dövlət Miqrasiya

Xidmətinin Musavat.com-un sorğusuna rəsmi cavabında bu məqam xüsusi ilə vurğulanır: “Sorğunuza cavab olaraq bildirilir ki, Hacıyev Bəxtiyar İlyas oğlunun Azərbaycan Respublikası vətəndaşlığından çıxma ilə bağlı müraciəti Dövlət Miqrasiya Xidmətində qeydə alınmış və ona qanunvericilikdə tələb olunan sənədləri təqdim etdikdən sonra müraciəti ilə bağlı icraatın davam etdiriləcəyi barədə məlumat verilib. B.İ. Hacıyev tərəfindən bugünədək müvafiq sənədlər təqdim edilməyib”.

Bu heyrətamiz cavabdan sonra Bəxtiyar Hacıyevin özünə müraciət etdik, qurumdan verilən cavabın doğru olub-olmaması ilə maraqlandıq. Əgər doğrudursa və cavabı qəbul edirsə, o zaman ortaya çıxan suala da cavab versin – niyə o boyda hay-küylü prosesdən sonra vətəndaşlıqdan çıxmaqla bağlı mövqeyində ardıcıl olmayıb, prosedurlara əməl etməyib?

Musavat.com B. Hacıyevin cavabını da olduğu kimi təqdim edir və mühakiməni oxuculara buraxır:
“Ərizəmi avqustun 23-də yazmışdım. Sənədləri isə göndərməmişdim. Miqrasiya Xidmətindən siyahı təqdim olunub. Vaxt darlığı səbəbindən bütün lazımi sənədləri toplaya bilməmişəm’’.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR