İnsanlara hürriyət, millətlərə istiqlal!

İcmadan “Human Rights Watch”a ŞİLLƏ KİMİ CAVAB

Özünü insan hüquqlarının müdafiəçisi adlandıran Human Rights Watch”  təşkilatı dünyada insan hüquqlarının vəziyyətinə dair illik hesabat dərc edib

Musavat.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib. 

“Hesabatın Azərbaycana dair hissəsində çoxsaylı böhtanlarla yanaşı ölkəmizdən köçüb getmiş ermənilərin qayıdışına şərait yaradılması məsələsi qaldırılır. Lakin, Ermənistana dair hissədə oradan qovulmuş azərbaycanlıların qayıdışı barədə bir kəlmə də olsun bəhs edilmir. 

Hesab edirik ki, bu, “Human Rights Watch” təşkilatı tərəfindən Azərbaycan xalqına etnik və dini əsasda ayrı-seçkilikdir. İrqi ayrı-seçkilik hər bir halda qəbuledilməzdir. Bu ayrı-seçkiliyi özünü insan hüquqlarının müdafiəçisi kimi qələmə verən təşkilatların həyata keçirməsi isə insan hüquqlarına ikiqat ağır zərbə vurur. Ələlxüsus, xatırladaq ki, bu hesabatın dərc edilməsindən az əvvəl, keçmiş prezident Levon Ter-Petrosyanın Ermənistanın Qərbi azərbaycanlılara qarşı etnik təmizləməsinin dövlət siyasəti olduğunu təsdiq edən çıxışı yayılmış və biz bu barədə “Human Rights Watch”a xüsusi müraciət ünvanlamışdıq. 

Biz “Human Rights Watch” təşkilatı və onun arxasında duran qüvvələrdən insan hüquqlarından siyasi alət kimi istifadə etməyi, azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyi və Ermənistanın etnik təmizləmə siyasətinə dəstəyini dayandırmağı tələb edirik”, - bəyanatda vurğulanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Yanvar 2025

29 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR