Onlayn ictimai-siyasi qəzet
"Ermənistan əgər sülh istəyirsə, onda ərazisində olan Qarabağ ermənilərinin təxribatçı tör-töküntülərinin Azərbaycana qarşı düşmənçilik fəaliyyətinə son qoymalıdır".
Musavat.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.
Bəyanatda qeyd edilir ki, erməni diasporasının əlində oyuncağa çevrilmiş Luis Okampo Azərbaycanı “soyqırımı”nda ittiham edən növbəti qondarma hesabatla çıxış edib:
"Xocalı qatillərinin tutulmasına göz yaşı tökən səlibçi mentalitetli L.Okampo bunu “erməni soyqırımının tərkib hissəsi” kimi qələmə verir. O, daha doğrusu, bu cızmaqaranı onun adından yazmış şəxslər “Dağlıq Qarabağ etnik qrupu” kimi “dahiyanə elmi kəşf” edib.
Cızmaqarada 2017-ci ildə “İvanyan (ermənilərin Xocalıya verdiyi eybəcər ad) Artsaxın Azərbaycan işğalından azad edilmiş inkişaf edən kəndidir” deməklə Azərbaycan xalqını təhqir edən Artak Beqlaryan kimi irqçi klounun ifadəsi yer alıb.
Hesabatda bu il Azərbaycan əleyhinə təşkil edilmiş BMT Təhlükəsizlik Şurasının iclaslarına, ABŞ senatında dinləmələrə, "Nyu York Tayms", "Vaşinqton Post" kimi qəzetlərdə ölkəmizə qarşı yer almış şər-böhtan yazılara toxunan L.Okampo əslində özünün də cəlb edildiyi kampaniya barədə aydın ipucuları verir.
Azərbaycan və Ermənistan arasında əldə edilmiş 7 dekabr anlaşması fonunda belə əməllərin məqsədi sülh prosesinə mane olmaqdır. Bir sıra regiondankənar dairələr Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasında maraqlı deyil. Belə kağız parçaları bu ilin yay aylarında olduğu kimi Ermənistana boş ümid verməməlidir".
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ