İnsanlara hürriyət, millətlərə istiqlal!

İbrahim Rəisinin həyat yoldaşı prezidentliyə namizəd ola bilər

Ötən həftə helikopter qəzasında həyatını itirən İran prezidenti İbrahim Rəisinin həyat yoldaşı Cəmilə Ələmulhudanın İranda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürə biləcəyi bildirilir.

Musavat.com İran mediasına istinadn xəbər verir ki, mühafizəçilər Cəmilə Ələmulhudanın həm həyat yoldaşının hökumətdə yolunu davam etdirə bilmək, həm də İranın ilk qadın prezidenti olmaq üçün namizədliyini irəli sürməsini gündəmə gətiriblər.

Xəbərdə qeyd edilib ki, lakin, qeydiyyatdan keçəcəyi təqdirdə Konstitusiyanın icrasına Nəzarət Şurasının reaksiyasını gözləmək lazımdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR