Onlayn ictimai-siyasi qəzet
“İllər əvvəl mərhum reper Anar Nağılbaz mikrorayonda villa kirayələmişdi. Adını da “Azeriimicservis” qoymuşdu. Oraya müxtəlif gəncləri cəlb edib rep məktəbi yaratmaq istəyirdi. İlk dəfə orada mərhum Hüseyn Dəryanı gördüm, eşitdim və tanıdım”.
Bu sözləri reper Elşad Xose qonaq olduğu “Efirdən kənar” verilişində deyib.
Sənətçi proqramda mərhum həmkarı Hüseyn Dərya ilə ilk tanışlığından bəhs edib:
“Onda Hüseyn digər reperlərdən seçilirdi. Bizim tanışlığımız çox yaxşı oldu. Yaxında olmaqla kifayyətlənən bir gənc idi. Sadəcə müəyyən hallarda Anarın məsləhətləri, mərhumun özünün eqosu, artıq səhnəyə sıçramaq istəyi onu mənimlə dalaşmağa vadar etdi”.
Qeyd edək ki, Hüseyn Dərya 2014-cü il martın 14-də gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı “Opel Astra” markalı minik avtomobilini onunla eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı maşına çırpıb. Nəticədə ağır xəsarətlər alan Hüseyn Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, lakin martın 15-də səhər saatlarında o, dünyasını dəyişib. Hüseyn Dərya Bakıxanov qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. (Olay)
26 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ