İnsanlara hürriyət, millətlərə istiqlal!

Hulusi Akar: "Suriya və İraqda keçirilən əməliyyatlarda 326 terrorçu zərərsizləşdirilib”

“Suriya və İraqın şimalında keçirilən “Pəncə-Qılınc” hərbi əməliyyatlarında indiyədək 326 terrorçu zərərsizləşdirilib”.

Musavat.com “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, əməliyyat havadan və qurudan atəşə dəstək vasitələri ilə davam edir: “Biz mülki şəxsləri və hansısa koalisiya güclərini hədəf almırıq”.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri noyabrın 20-də Suriya və İraqın şimalında yeni antiterror əməliyyatına başladığı elan edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR