Onlayn ictimai-siyasi qəzet
"Azad olunmuş ərazilərin minalardan təmizlənməsində Azərbaycana dəstək verməyə hazırıq".
“Report”un Ankara bürosunun məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Prezident Administrasiyasının Milli Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimində bildirib.
“Biz savaşmaq üçün deyil, savaşın qarşısını almaq üçün varıq. Əgər Ermənistan Azərbaycanın uzatdığı barış əlini tutarsa, regionda sülh bərqərar olar, biz də bunun tərəfdarıyıq", - Akar qeyd edib.
Azərbaycanın savaşının haqlı olduğunu hər yerdə nümayiş etdirməyin vacibliyini deyən nazir vurğulayıb ki, başda NATO platformaları olmaqla bütün beynəlxalq tədbirlərdə bu, səsləndirilir.
11 Oktyabr 2024
00:22 COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır
10 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ