Onlayn ictimai-siyasi qəzet
Türkiyənin milli müdafiə naziri Hulusi Akar İsveç və Finlandiyaya xəbərdarlıq edib.
Musavat.com CNN Türk-ə istinadən xəbər verir ki, o, bu barədə latviyalı həmkarı Artis Pabrikslə görüşündə bildirib.
“Madriddə imzalanan anlaşma memorandumu hələ son deyil. Əksinə, bu hələ başlanğıcdır. Qarşı tərəflərdən razılaşmalara əməl etmələrini gözləyirik”, - o əlavə edib.
Xatırladaq ki, daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç və Finlandiyanın şərtlərə uyğun olaraq terrorçuları qaytarmayacağı təqdirdə onların NATO-ya üzvlüyünə veto qoyula biləcəyini söyləyib.
Toğrul İSMAYIL,
Musavat.com
23 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ