İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hraparak": "Paşinyan öz komandasından iki kadrı “qurban” verəcək

Ermənistanın baş naziri Nikol Paşinyanın komanda yoldaşlarına inamsızlığı pik həddə çatıb.

Musavat.com erməni mediasına istinaədn xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Hüquq-mühafizə orqanlarındakı mənbə bildirir ki, baş nazir “Vətəndaş sazişi” partiyasından olan şəxslərin, o cümlədən uzaq qohumlarının, dostlarının nə qədər oğurladığını yoxlamağı tapşırıb. Güman edilir ki, o, hər kəsi qorxu mühitində saxlayaraq “dosye” toplamaq qərarına gəlib”,-deyə yazıda bildirilir.

Qəzetin informasiyasına görə, bu günlərdə Baş prokurorluq hakim partiyadan olan deputatlardan birinin toxunulmazlığının qaldırılması ilə bağlı vəsatət verə bilər. Dünən bu məlumat hakim siyasi qüvvənin parlament fraksiyasında fəal müzakirə olunub, deputatlar kimin “qurban veriləcəyini” anlamağa çalışıblar.

“Hraparak” hədəfdə iki şəxsin olduğunu qeyd edir. Onlardan biri Arsen Torosyandır. Onun səhiyyə naziri olduğu illərdə, xüsusən də koronavirus dövründə sui-istifadə halları ilə bağlı cinayət işi başlanıb. Bundan başqa, partiyanın son qurultayında idarə heyətinə keçirilən seçkilərdə saxtakarlığı üzə çıxaran adam olub.

İkincisi isə, müdafiə nazirinin keçmiş müavini Qagik Melkonyandır. Onun günahı Seyran Ohanyanın toxunulmazlığının qaldırılması ilə bağlı gedən müzakirələrdə “xəstəlik” bəhanəsi ilə səsvermədə iştirak etməməsidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR