İnsanlara hürriyət, millətlərə istiqlal!

Hraparak: Ermənistanın Ukraynadakı səfiri iki aydır qeyri-qanuni işləyir

Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyanın səlahiyyətlərinin başa çatmasından iki aydan çox vaxt keçir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

“Karapetyan 2021-ci il iyunun 1-də Ermənistanın Ukraynaya səfiri təyin edilib, rəsmi sərəncamda açıq-aydın onun 3 il müddətə səfir ola biləcəyi yazılıb. Bu o deməkdir ki, onun səlahiyyətləri iki aydan çoxdur başa çatıb. Bununla belə, Ermənistan Xarici İşlər Nazirliyi onun vəzifədən çıxarılması və ya səlahiyyət müddətinin uzadılması ilə bağlı yeni sənəd dərc etməyib. Ermənistan prezidenti isə yeni fərmanı imzalamayıb. Belə çıxır ki, Ukraynadakı səfir müvafiq hüquqi əsas olmadan, qanunsuz əsaslarla işləyir. Biz Xarici işlər nazirliyinin mətbuat katibi Anya Badalyandan Karapetyanın səlahiyyət müddətinin uzadılıb-uzadılmadığını soruşduq və o, “cavab gələn kimi, cavab verəcəyini vəd edib”, - deyə qəzet yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR