İnsanlara hürriyət, millətlərə istiqlal!

Hraparak: "Anna Ermənistan ordusunu və hərbçilərini gözdən salır"

Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın fərarilərlə bağlı açıqlması hələ də erməni mediasının gündəmindən düşmür.

AzVision.az xəbər verir ki, "Hraparak" Akopyanın dövlət sirrlərini yaymasından da gileylənib.

"Prokurorluq Annanın Açarkut kəndində 44 günlük müharibə zamanı erməni tərəfdən 11 min fərarinin olması barədə bəyanatına əsaslanaraq cinayət işi başlatmayıb. Bu barədə bizə Baş Prokurorluqdan sorğumuza əsasən məlumat verildi.

Xatırladaq ki, Anna Akopyanın açıqlamasından bir həftə əvvəl Azərbaycan prezidenti də eyni rəqəmi açıqlamışdı. Rəsmi Bakı bəyan etmişdi ki, Ermənistan ordusunda 11 min fərari olub, Azərbaycan ordusunda isə bir fakt belə qeydə alınmayıb. Ancaq baş nazirin heç bir vəzifə tutmayan həyat yoldaşının belə rəqəmlərə malik olması, Ermənistan ordusunu və hərbçilərini gözdən salaraq onları ictimailəşdirməsi təəccüb doğurur", - məqalədə yazılıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR