Onlayn ictimai-siyasi qəzet
“Hər birimiz bir məqsədlə irəliyə doğru addımlamalı və sahib olduğumuz dəyərləri qoruyaraq gələcək nəsillərə ötürməliyik. Həyatımızda gördüyümüz hər yaxşılıq, hər gözəllik, bizim mədəniyyətimizin, adət-ənənələrimizin bir parçasıdır. Biz nəyi yaşayırıqsa, nəyi bölüşürüksə, gənc nəsil onu görür, onu mənimsəyir. Ona görə də yaxşılıq, hörmət, sevgi və dəyərlərimizi qorumaq və paylaşmaq bizim ən böyük məsuliyyətimizdir”.
Musavat.com xəbər verir ki, bu sözləri Əməkdar artist Abbas Bağırov sosial media hesabında yazıb. O, sənət dostlarına tövsiyələrini verib:
“Mədəniyyətimizdə hörmətə layiq adət-ənənələrimizi itirməmək, onları gələcək nəsillərə olduğu kimi çatdırmaq, bizim köklərimizi yaşatmaq deməkdir. Hər kəs öz bacardığını etməlidir ki, bu dəyərlər itib batmasın. Yaxşılıqları paylaşaraq cəmiyyətimizdə birlik, həmrəylik yaradaq və daha gözəl gələcək quraq.
Unutmayaq ki, hər etdiyimiz davranış, hər söylədiyimiz söz öz adımızı təmsil edir. Bizim etdiklərimiz yalnız bizi deyil, bütöv bir xalqın dəyərini və nüfuzunu göstərir. Ona görə də, əlimizdən gəldikcə xoş niyyətli, dürüst, fədakar və mədəni olmağa çalışaq. Çünki bu dünyaya qoyacağımız ən böyük miras bizim yaxşı əməllərimiz və gələcək nəsillərə ötürdüyümüz dəyərlər olacaq”.
Könül İbrahim
Musavat.com
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ