İnsanlara hürriyət, millətlərə istiqlal!

Hollivudda şok! Cinn Hekmen həyat yoldaşı və itləri ilə birlikdə ölü tapıldı

Amerikalı məşhur aktyor, ikiqat “Oskar” mükafatı laureatı Cinn Hekmen Nyu-Meksiko ştatının Santa-Fe dairəsində həyat yoldaşı və itləri ilə birlikdə ölü tapılıb.

Musavat.com xəbər verir ki, bu barədə "Variety" nəşri yerli şerif idarəsinə istinadən məlumat yayıb.

Polis onların ölümünü təsdiqləsə də, faciənin səbəbləri hələlik açıqlanmayıb. 95 yaşlı Hekmen “Fransız əlaqəsi” və “Bağışlanmayan” filmlərindəki rollarına görə “Oskar” mükafatına layiq görülmüşdü.

Hadisənin təfərrüatları araşdırılır və yaxın günlərdə əlavə məlumatların açıqlanacağı gözlənilir.

Musavat.com

 

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR