İnsanlara hürriyət, millətlərə istiqlal!

Hollivud ulduzlarının mühafizəçiləri fotoqrafı xəstəxanalıq etdilər - FOTO

Argentinanın paytaxtında Hollivud aktrisaları Marqo Robbi və Kara Delevinin mühafizəçiləri fotoqrafı xəstəxanalıq ediblər.

Məlumata görə, fotoqraf Pedro Orkero işlədiyi jurnalın sifarişi ilə Robbi və Delevini nahar etdikləri restoranın yaxınlığında gözləyib. Ulduzlar restorandan çıxanda isə onların şəklini çəkmək istəyib. Bu vaxt mühafizəçilər fotoqrafın qarşısını almaq məqsədilə ona qarşı güc tətbiq ediblər.

Orkero qolunun açıq sınığı ilə xəstəxanaya yerləşdirilib.

Britaniya vətəndaşları olan mühafizəçilər isə həbs ediliblər.

Mənbə: Infobae

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR