İnsanlara hürriyət, millətlərə istiqlal!

Hollandiyanın baş naziri Rutte iqtidardan və siyasətdən getməyə qərar verib

Keçən həftə mühacirlərlər bağlı siyasi böhranın yaşandığı Hollandiyada baş nazir Mark Rutte beşinci müddətə namizəd olmayacağını açıqlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, noyabrda keçirilməsi planlaşdırılan seçkilərə qatılmayacağını deyən və Hollandiya siyasətindən getməyə qərar verən Rutte keçən həftənin cümə günü dördüncü kabinetinin istefasını təqdim edib.

Rutte partiyasına həftə ərzində mühacirlərə sığınacaq  verilməsi ilə bağlı plan təqdim edəcəyinə söz vermişdi.

Koalisiyaya daxil olan dörd partiya çərşənbə günü planı müzakirə edib. Cümə günü üçüncü dəfə görüşən hökumət tərəfdaşları yenə razılığa gələ bilmədilər.

Xüsusilə də, qaçqınların müharibə zonasına geri qaytarılması və bu insanların ailələrinə qovuşmasının məhdudlaşdırılması məsələsində konsensus olmayıb.

Hökumətin kiçik tərəfdaşı Xristian Birlik Partiyası müharibə bölgələrindən olan qaçqınların ailə birləşməsi üçün 2 il gözləmək və ailə birləşməsini ayda 200 nəfərlə məhdudlaşdırmaq təklifini "zorbalıq" kimi qiymətləndirib.

Hökumətin liberal partnyoru Demokratlar 66 Partiyası (D66) da Kİ-ni dəstəkləyərək bu maddəyə qarşı çıxıb.

Hollandiya mətbuatının yazdığına görə, “ailə məsələsini qırmızı xətt kimi müəyyən edən” dərin dindar XBP öz mövqeyindən geri çəkilməyib və 4-cü Rutte hökumətinin süqutuna səbəb olub.

Haaqadakı mənbələrə görə, çərşənbə günü son tarix təyin edən və planın Nazirlər Kabineti tərəfindən səsə qoyulmasını tələb edən baş nazir Ruttenin mövqeyi koalisiya tərəfdaşlarını qəzəbləndirib.

Rutte mövqeyinə görə üzr istəsə də, tərəfdaşlarının fikrincə, etibar həddindən artıq zədələnib və hökumətin süqutu qaçılmaz olub.

Müxalifət partiyaları hökumətin devrilməsini alqışlayıb və təcili növbədənkənar seçkilərin keçirilməsini istəyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR