İnsanlara hürriyət, millətlərə istiqlal!

Hollandiya Ukraynaya 4,4 milyard avro ayırdı

Hollandiya hökuməti 2024-2026-cı illərdə Ukraynaya yardım üçün 4,4 milyard avro ayrıldığını təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə 2024-cü il üçün yenilənmiş büdcə məlumatları və sonrakı illər üçün xərclər proqnozunu özündə əks etdirən saytda dərc olunan yaz memorandumunda deyilir.

"Ukraynaya hərbi və humanitar yardım üçün əlavə 4,4 milyard avro ayrılacaq", - sənəddə qeyd olunur.

Əvvəllər Hollandiyanın baş naziri vəzifəsini icra edən Mark Rutte bildirib ki, Hollandiya bu il Ukraynaya hərbi dəstək üçün əlavə 1 milyard avro ayırmağa və 2025-ci ildə yardım üçün büdcədə daha 3 milyard avro ayırmağa qərar verib. Bundan əlavə, Ukrayna iqtisadiyyatını ayaqda saxlamaq və kritik enerji infrastrukturunu təmir etmək üçün 400 milyon avro ayrılması planlaşdırılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR