İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hökumət üçün Qarabağ yoxdur, sonra Ermənistan da olmayacaq" - Abramyan

“Məndən tez-tez soruşurlar ki, niyə hökumət rəsmiləri Qarabağa səfər etmir?”

Konkret.az xəbər verir ki, bunu Ermənistanın “Şərəfim var” fraksiyasından olan deputat Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

“İnsanlar məndən tez-tez soruşurlar ki, niyə hökumət rəsmiləri Qarabağa səfər etmirlər?

Bu sual daim havada asılı qalır.

Bir tərəfdən deyəsən, bu sualın cavabı göz qabağındadır, digər tərəfdən də mövzu daim müxtəlif intensivliklə müzakirə olunur.

Ağlına gələn ilk fikir budur ki, hansı vicdanla onlara Qarabağa gəlsinlər, burada nə ediblər və nə danışacaqlar?

Qarabağda insanlar aydın bilirlər ki, hakim gücün ideya və proqramlarında “Arsax” və “Arsax xalqı” Azərbaycanın bir hissəsi olmalıdır.

İndi niyə gəlsinlər? Onlar üçün “Arsax”, Ermənistan yoxdur. Bundan başqa, onlar üçün Sünik (Zəngəzur) də yoxdur, bir müddət sonra Ermənistan da olmayacaq.

Ermənistanın indiki hakimiyyətinin ideyalarında “Arsax” və Sünik yoxdur, təbii ki, bu mövzularla bağlı heç bir problem olmayacaq. Maraqlıdır ki, onlar bunu gizlətmədən bu istiqamətdə irəliləyirlər.

Gəlin bunu bir daha bəyan edək və irəli getməyə davam edək”, – Abramyan qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR