İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumət rəhbərləri Kiyevə – Zelenski ilə görüşə gedir

Polşanın baş naziri Mateuş Moravetski, onun müavini Yaroslav Kaçinski, Çexiyanın baş naziri Petr Fiala və Sloveniyanın baş naziri Yanez Yanşa Ukrayna paytaxtı Kiyevə gedir.

Novator.az-ın məlumatına görə, adıçəkilən şəxslər Avropa Birliyi Şurasının təmsilçiləri qismində Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcəklər.

Hökumət rəhbərlərinin bu səfəri Avropa Birliyi Şurasının prezidenti Şarl Mişellə Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin tövsiyəsinə əsaslanır. Məqsəd Avropa Birliyinin Ukraynanın ərazi bötüvlüyünə və suverenliyinə dəstək verdiyini bir daha nümayiş etdirmək, eyni zamanda Ukrayna və ukraynalıların müdafiəsi üçün prezident Zelenskiyə geniş təkliflər paketi təqdim etməkdir.

2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, Donbas bölgəsinin bir hissəsində iki separatçı rejim qurub. 2022-ci il fevralın 21-də Rusiya “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adları verilmiş həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlara başlayıb. Ukrayna əraziləri işğal edilir, ölkənin hərbi və mülki obyektlərinə zərbələr endirilir, paytaxt Kiyev daxil olmaqla şəhərlər bombalanır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR