İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumət parlamentdə - deputatlar Fransaya etiraz edir

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. İclasda “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq. Odur ki, müzakirələrdə Baş nazir Əli Əsədov və Nazirlət Kabinetinin üzvləri iştirak edir.

Cari məsələlərlə bağlı çıxış edən deputat Kamran Bayramov Fransa Senatında qəbul olunmuş anti-Azərbaycan qətnamədən danışdı. Bildirdi ki, bu, Fransanın son illərdə Azərbaycana qarşı qəbul etdiyi sayca üçüncü sənəddir. “Qəbul edilmiş qətnamə tövsiyə xarakteri daşıyır və heç bir hüquqi mənası yoxdur. Amma qeyd etdi ki, Fransanın bu kimi addımları bölgədə gərginliyin artmasına təsir göstərir. K.Bayramov dedi ki, Fransa ilə münasibətlərə yenidən baxmalı və ikitərəfli əlaqələrə qiymət verməliyik.

Deputat Tural Gəncəliev də Fransa Senatına etirazını bildirərək dedi ki, Azərbaycanla bu tonda danışmaq olmaz. Deputat bildirdi ki, Fransa Senatı belə absurd sənədləri qəbul edərkən onun hüquqi ekspertizasının keçirilməsini təmin etsə, yaxşı olar.

Deputat Hikmət Məmmədov da çıxışında Fransanın yanlış siyasətinə etirazını bildirdi.

Deputat Vahid Əhmədov təklif etdi ki, Milli Məclisdə Fransa Senatının qətnaməsinə rəsmi qaydada etirazın bildirilməsi, cavab mətninin hazırlanması üçün işçi qrupu yaradılsın.

E.Paşasoy,

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR