İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumət mikrosahibkarlara vergi güzəşti hazırlayır

2025-ci ildə Azərbaycanda dövlət büdcəsinin gəlirləri sahəsində həyata keçiriləcək əsas istiqamətlər ölkənin iqtisadi inkişafını sürətləndirmək, rəqabət qabiliyyətini gücləndirmək, investisiya mühitini daha cəlbedici etmək məqsədi daşıyır.

Musavat.com xəbər verir ki, bu, Maliyyə Nazirliyinin təqdim etdiyi “Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”da əksini tapıb.

Sənəddə qeyd olunur ki, bu tədbirlər çərçivəsində vergi yükünün optimallaşdırılması, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi, vergi və gömrük inzibatçılığı mexanizmlərinin təkmilləşdirilməsi və ekoloji təmiz nəqliyyat vasitələrinin dövriyyəsinin artırılması kimi addımlar planlaşdırılır. Bu addımlara investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, o cümlədən dövlət-özəl tərəfdaşlığı çərçivəsində vergi təşviqlərinin verilməsi və bəzi xidmət sahələri üzrə mikro sahibkarların gəlirlərinə vergi güzəştinin tətbiq edilməsi; Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi; Vergi və gömrük inzibatçılığı mexanizminin təkmilləşdirilməsi və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi; Dövlət rüsumlarının idarəedilməsi sisteminin təkmilləşdirilməsi.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR