İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanda qadın tıxacda qaldığına görə qəzaya düşən təyyarəyə minə bilməyib

Hindistanda tıxacda qaldığına görə uçuşa gecikən Bhumi Çauhan adlı qadın "Air India" şirkətinin qəzaya uğrayan təyyarəsinə minə bilməyib.

"Report" xəbər verir ki, bu barədə Hindistan KİV-i məlumat yayıb.

"Yalnız bu on dəqiqəyə görə təyyarəyə minə bilmədim. Bunu izah etməyə söz tapa bilmirəm", - o söyləyib.

İyunun 12-də Hindistanın yaşayış massivində qəzaya uğrayan təyyarənin göyərtəsində 242 nəfər olub, onlardan yalnız biri - 11A oturacaqda oturan sərnişin sağ qalıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2025

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR