Onlayn ictimai-siyasi qəzet
Hindistanın Sahil Mühafizəsi Xidmətinə məxsus "Dhruv2" helikopteri Qucarat ştatının qərbində təlim missiyası zamanı qəzaya uğrayıb.
Hadisə Porbandardakı sahil mühafizə xidmətinin zonasında baş verib. İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub.
Məlumata görə, hadisə zamanı təyyarədə iki pilot da daxil olmaqla üç nəfər olub. Onların hamısı ölüb.
Hindistanın Sahil Mühafizə Xidməti hadisə ilə bağlı araşdırma aparır./modern.az
07 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ