Onlayn ictimai-siyasi qəzet
Hindistanın Indian Defense Research Wing saytı maraqlı iddia ilə çıxış edib.
Musavat.com xəbər verir ki, sayt Azərbaycan Hindistanın ATAGS artilleriya sistemlərinin alınması ilə maraqlandığını iddia edib.
Sayta danışan Hindistanlı hərbi analitik Ranesh Raja xəyali razılaşmanın detallarından danışıb. Onun dahiyanə fikrincə, Yeni Dehli Bakıya Hindistan silahlarını satmaq barədə düşünməzdən əvvəl Azərbaycan ilk növbədə Pakistandan uzaqlaşmalı və Hindistanın Kəşmirlə bağlı mövqeyinə qoşulmalıdır.
Materialda qeyd olunur ki, Bakının Hindistan silahlarına marağı Hindistanla Azərbaycan arasında münasibətlərdə yeni səhifə aça bilər, lakin bu yol diplomatik çətinliklərlə doludur. Həssas bölgələrdə müdafiə ticarəti geosiyasətlə sıx bağlıdır.
Hindistan saytına görə, Azərbaycan öz xarici siyasətini Hindistanın gözləntilərinə uyğun olaraq yenidən qurarsa, bu, Cənubi Qafqazda hərbi balansda nəzərəçarpacaq dəyişiklik ola bilər və potensial olaraq Ermənistan-Azərbaycan münaqişəsinə də təsir edə bilər.
Qeyd edək ki, Azərbaycan bu yaxınlarda Pakistandan aldığı hərbi qırıcıları istismara qəbul edib...
Musavat.com
21 Dekabr 2024
20 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ