Onlayn ictimai-siyasi qəzet
Hindistan ordusunun Baş Qərargah rəisi Anil Çauhan may ayında Pakistanla baş verən qarşıdurmalar zamanı ölkəsinin bir neçə döyüş təyyarəsini itirdiyini ilk dəfə rəsmən təsdiqləyib.
Musavat.com xəbər verir ki, o, bu barədə Sinqapurda keçirilən “Shangri-La Dialoqu” sammitində çıxışı zamanı danışıb.
Çauhan Pakistanın altı Hindistan qırıcısını vurması ilə bağlı açıqlamasını rədd etsə də, itkilərin olduğunu gizlətməyib. “Əsas məsələ say deyil, təyyarələrin niyə vurulduğudur,” – deyə o bildirib.
Qeyd edək ki, Pakistan tərəfi 6-7 may tarixlərində başlanan “Sindu” əməliyyatı çərçivəsində Hindistanın hava hücumlarına cavab olaraq 5-6 qırıcı təyyarəni vurduğunu açıqlayıb.
İddialara görə, vurulanlar arasında Fransaya məxsus 3-4 “Rafale”, həmçinin bir “MiQ-29” və bir “Su-30MKI” döyüş təyyarəsi olub.
Musavat.com
03 Iyun 2025
02 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ