İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan hakimiyyəti onların əmlakını müsadirə etdi

Hindistan hökuməti Çin və Pakistana mühacirətə gedən, həmin ölkələrin vətəndaşlığını qəbul edən sakinlərin əmlakını müsadirə edib.

Musavat.com xəbər verir ki, bu barədə “The Economic Times” qəzeti məlumat yayıb.

Qəzetin Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Hindistan hökuməti 2018-2022-ci illərdə həmin şəxslərə məxsus əmlakın satışından 34 milyard rupi (410,7 milyon dollar) əldə edib və bu vəsait dövlətə keçib. Məlumata əsasən, Hindistan dövləti mühacir şəxslərin 152 şirkətdə paylarına, səhmlərinə, yerli banklardakı hesablarına, həmçinin onlara məxsus 1,6 ton qızıl və 26 tondan çox gümüşə əl qoyub. Ölkəni tərk edənlərin daşınmaz əmlakı hələlik müsadirə olunmayıb.

Daxili İşlər Nazirliyinin hesabatına görə, Hindistanda hələ də ölkəni tərk edərək Çin və Pakistanda vətəndaşlıq alan insanlara məxsus 12 611 mülk qalıb. Belə daşınmaz əmlak sahiblərinin 12 485-i Pakistanda, 125-i Çində vətəndaşlıq alıb. Onların əmlakının müsadirəsi Hindistanın “Düşmənlərə məxsus mülkiyyət qanunu” əsasında həyata keçirilib. Həmin qanunun adının özü Hindistan hakimiyyətinin mühacirətə gedən vətəndaşlarına münasibətini göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR