İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Hacıyev: “Azərbaycan Rusiya-Ukrayna görüşünə ev sahibliyi etməyə hazırdır”

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Azərbaycan Rusiya-Ukrayna görüşünə ev sahibliyi etməyə hazırdır.

Musavat.com xəbər verir ki, Hikmət Hacıyev deyib: "ABŞ-la Rusiya arasında hərbi-əsgəri üst düzeydə olan görüşlərə Azərbaycan ev sahibliyi etmişdi. Həmçinin də NATO-Rusiya danışıqlarına Azərbaycan ev sahibliyi edirdi. Burada da məntiq ondan ibarət idi ki, Azərbaycan NATO-nun və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil və qoşulmama hərəkatının sədridir.

Azərbaycanın bloklara qoşulmayan özünəməxsus xüsusu var. Ona görə də düşünürük ki, tərəflər burada özünü rahat, komfortlu hiss edə bilərlər. Təklif olacaqsa, Azərbaycan hər zaman öz dəstəyini verməyə hazırdır". 

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR