İnsanlara hürriyət, millətlərə istiqlal!

Heydər Məmmədov: 14 minə yaxın cinayət törətmiş şəxs barəsində bu il ittiham hökmü çıxarılıb

14 minə yaxın cinayət törətmiş şəxs barəsində ittiham hökmü çıxarılıb.

Musavat.com xəbər verir ki, bunu Baş prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov deyib.

Baş prokurorun müavini bildirib ki, 2023-cü ilin 11 ayı ərzində dövlət ittihamçılarının iştirakı ilə birinci instansiya məhkəmələrində baxılan cinayət işlərindən 12434 cinayət işi üzrə 13715 cinayət törətmiş şəxs barəsində - təqsirliliyi sübuta yetirilməklə ittiham hökmü çıxarılaraq cəza təyin edilmişdir, eyni zamanda 143 iş üzrə 178 şəxs barəsində bəraət verilmişdir.

"İttiham tərəfi olaraq, prokurorluqda - bəraət hökmləri soyuqqanlı oponentliklə qəbul edilir" - deyə qeyd edən Baş prokurorun müavini bildirib ki, əgər cinayət törətmiş bir şəxsin təqsiri məhkəmədə sübuta yetirilərək layiqli cəza alırsa, həm dövlətin, həm cəmiyyətin, həm də zərər çəkmiş şəxslərin mənafeyi qorunmuş olur.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR