İnsanlara hürriyət, millətlərə istiqlal!

Heydər Əliyev strateji Yol dərsləri və Dövlətçilik institutunun yeni intibahının siyasi sosiologiyası

 

 Musavat.com AMEA FSİ “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri, professor Rəna Mirzəzadənin müəllif yazısını təqdim edir:

XXI əsr Azərbaycanı modern İNTİBAHINI yaşayan tamamilə yeni tipli bir ölkədir. Tarixi proses və hadisələrin əks olunduğu xroniki film ya sənədlər adi deyildirsə, dövlətçilik də tək onun formalaşma Yol tarixinin sadalanmasından ibarət deyildir. Dövlətin yaranma və inkişafının siyasi sosiologiyası onun milli suverenliyi, siyasi sistemi, cəmiyyətlə dövlət, vətəndaş ilə Rəhbər-Lider fenomeninin qarşılıqlı demokratik münasibətlər vəhdətidir. Dövlət cəmiyyətin, ölkənin, Vətənin obrazıdırsa, onun Rəhbəri də dövlətin göstərici Şəxsidir. Hegel məntiqi ilə desək: “Ayrılıqda hər bir şəxs öz xalqının, həm də öz zəmanəsinin oğludur” (6;50)

Hər bir Tarixləşən Liderə Zaman və Məkan fəlsəfəsindən yanaşdıqda, onun yaşadığı dövrün ictimai-siyasi mühitinə də həmin prizmadan baxılır. Olur ki, Şəxsiyyət özü  Tarix Yazır, Zamandan da Uca olur, ölkəsinin, millətinin, xalqının taleyüklü çətinliklərini dəf edərək, gələcək üçün belə Vətəninin İnkişaf Yolunun dahiyanə qərarlarını göstərir. Ulu Öndər müasir Azərbaycanın Milli İnkişaf Konsepsiyasının - yeni İntibah Yolu strategiyasının qurucusudur.

Müasir Azərbaycanın ideoloji-siyasi İnkişaf Yolunu müəyyənləşdirən,  XX əsrin sonu dövlətçilik İnstitutunu formalaşdıran ulu öndər Heydər Əliyevdir. Bu Yolda siyasi strategin həyat və fəaliyyəti bütövlükdə Azərbaycanın XX əsr 70-ci illərindən XXI əsrə keçid ərəfəsi ilə yazılan siyasi tarixi sosiologiyadır. Bu Yol dörd mərhələ: sovet, keçid ərəfəsi, postsovet, müstəqillik dövründən ibarətdir. Ulu öndərin sovet dövrü çoxillik ictimai-siyasi fəaliyyət böyük bir mərhələni əhatə edir. Belə ki, Sovet dövrü əsasən 1969-1986- cı illəri əhatə edir. Burada keçid ərəfəsi prosesləri isə 1987-1990-cı illərə aiddir. Üçüncü dövr isə postsovet, dördüncü Azərbaycanın dövlət müstəqilliyi mərhələsi, yəni 1991-2003-cü illərdir. Ulu öndərin şəxsində bu dövrlər ümummilli birlik, ölkədə ictimai-siyasi sabitlik, həmrəyliyi təlqin edən, çoxvektorlu fəaliyyət, milli inkişafın nəzəri və təcrübi parametrləri ilə əhatə olunur.

Bu real gerçəklik müasir Azərbaycanda Heydər Əliyev dərsləri adlanır. Ulu öndərin dövlət quruculuğu fəaliyyəti siyasətşünaslıqda «Heydər Əliyev Yolu» adlanır. Bu yol çox keçməkeşliklərdən, sərtliklərdən keçmişdir. Bu Yolda, siyasi iradəli, peşəkar dövlətçi  Heydər Əliyev xarizması var. Məhz bu müsbət keyfiyyətlər də Azərbaycanın siyasi-ictimai inkişaf dinamikasının ən mühüm iqtisadi-sosioloji prioritetlərini əhatə edir:

Heydər Əliyev strateji yolunun məntiqi əsası – çoxsahəli inkişaf fəaliyyəti, bəşəri dünyagörüşü və zəngin milli mədəni-mənəvi, siyasi-hüquqi təlimi əxz edən dövlətşünaslıq quruculuğunun siyasi-ideoloji baxışlar sistemidir.

Heydər Əliyev strateji Yolunun qərarqəbuletmə kursu – dövlətçiliyin hüquqi, siyasi, iqtisadi,  mənəvi, sosio-mədəni institutlarının milli qanunvericilik əsasında formalaşmasıdır.

Heydər Əliyev Yolunun sosial-siyasi və iqtisadi xətti – Azərbaycan vətəndaşlarında milli Dövlətçilik kimi ali dəyərli hissin, respublikada gedən geniş miqyaslı quruculuq proseslərinin həyata keçməsində, onların iştirakının  siyasi-sosioloji gerçəklik intizamıdır.

Heydər Əliyev yolunun hərbi-təhlükəsizlik xətti – demokratik yanaşma ilə milliliyə söykənən maraqlar və mövqe dəyərlərini ehtiva edən bitkin dövlət quruculuğunda xarici və daxili təhlükəsizliyin qorunmasıdır.

Heydər Əliyev Yolunun strateji platforması – suverenlik əldə etmiş ölkələrin dövlət quruculuğunu formalaşdırılması  və tərəqqisi üçün təcrübədən keçmiş modeldir.  Heydər Əliyev “siyasi Yol kursu”  MDB ərazisi dövlətlərində istər model, istər də öyrənilən bir nəzəri-təcrübi təlimdir.

Heydər Əliyev Yolunun  xarici siyasət kursu - Azərbaycanda milli dövlətçilik institutunun beynəlxalq müstəvidə imic və nüfuzunun yüksəldilməsi, xarici siyasətdə əlaqə və əməkdaşlığın inkişafı istiqamətində dövlətlərarası münasibətlərin maraq və mənafenin qorunma praqmatikliyində, milli birliyin və həmrəyliyin təminatında, diaspor və lobbiçiliyin qurulmasında öyrəniləcək dərslərdir. Bu baxımdan O.Şpenqler göstərdiyi kimi: “xalq anlamı çoxmənalıdır, keçmiş hadisələri təsvir etmək üçün geniş istifadə olunur, keçmiş reallıqda çox az bağlılığı olan müasir anlamlar keçmiş hadisələrə şamil edilir”. (5; 11)

Heydər Əliyev Yolunun siyasi qurtuluş sosiologiyası  xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndərin ölkəni düşdüyü xaosdan, bölünmə, parçalanma təhlükəsindən xilas etməsidir. Bu – Azərbaycan Dövlətçilik tarixində xilaskar ölkə Rəhbəri olmaq,  xalqı səfərbər edən liderlik dərsləridir. Heydər Əliyev ölkənin təhlükəsizliyinin təminatında, mürəkkəb geosiyasi vəziyyətdə, yeni dünya düzəninin tələbləri və geoiqtisadi reallıqları kontekstində müstəqil Azərbaycanın dövlətçilik institutunun Milli İnkişaf strategiyasını elmi-nəzəri mətndə istiqamətləndirdi. F.Fukuyama məntiqi ilə desək: “İnkişaf etmiş dövlətlərin sosial təhlükəsizlik problemlərinin həlli və milli dövlətin  nüfuzu məsələsi, demək olar ki, müstəsna dərəcədə dövlətin idarəçilik qabiliyyəti ilə birbaşa bağlı olacaqdır”. (6; 68)

1993-cü ildə Azərbaycanın həm müstəqilliyi, həm də dövlət kimi ərazi bütövlüyü, bəlkə də politoloji anlamda desək, “vertikal” və “horizontal” siyasi bölünməyə məruz qala bilərdi. Yəni, hüquqlar və məsuliyyət ayrı-ayrı dövlətlərin hökumətləri və digər beynəlxalq qurumlar arasında bölünə bilərdi. Bu mənada E.Toflerin milli dövlətlərin tədricən transmilli korporasiyaların təzyiqi ilə sıxışdırılıb “əriyib itəcəyi” ideyasının ölkədə proqnozlaşdırması da mümkün variant idi. Bu variantda isə ölkəni yalnız böyük Dövlət İnsanı, Heydər Əliyev qurtardı... Və 15 iyun Azərbaycanın Qurtuluş günü kimi tarixləşdi. “Mən həyatımın qalan hissəsini də xalqıma bağışlayıram” deyən ulu öndər gerçək anlamda dövləti xarici müdaxilə və daxili çəkişmələrdən xilas etdi.

Heydər Əliyev strateji Yolu Suverenliyə nə verdi... Azərbaycan müstəqillik qazandıqdan sonra:

-ölkənin demokratikləşdirilməsi; plüralizm, ictimaiyyətlə hakimiyyət əlaqələrinin qərarlaşdırılması;

-bazar iqtisadiyyatına keçidin formalaşdırılması;

- ictimai-siyasi sabitlik, iqtisadi-sosial təminatın qurulması;

-idarəetmə və hakimiyyətin, ən əsası isə qanunvericilik bazasının yaradılması oldu. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva yazır ki: “Azərbaycan xalqının ümummilli Lideri Heydər Əliyev bütün ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət etmişdir. Müasir Azərbaycan tarixinin bütün səhifələrində istər iqtisadiyyat, istər xarici siyasət, istər elm və mədəniyyətdə onun silinməz izlərini görürük” (1) Bu məntiqdən ulu öndər böyük dövlətçilik təcrübəsi və idarəetmə Ustadlığına malik idi.

Heydər Əliyev Yolunun strateji dəyişikliklər kursu az müddətdə ölkədə əsaslı dönüş yaratdı. Bu bir neçə mərhələdə aparıldı. İlk öncə: birinci mərhələdə: siyasi-ictimai sabitlik və Güclü dövlət quruculuğu prosesinə istiqamət götürüldü. Yəni F.Fukuyama yazır ki: “Güclü dövlət dedikdə, tarixi çağırışlara cavab verə bilən, ictimai münasibətləri nizamlayan mövcud problemləri vaxtında həll edən, daim islahatlar aparan dövlət nəzərdə tutulur”. (6;11) İkinci mərhələdə: əsaslı iqtisadi islahatlar; inzibati strukturların demokratik əsaslarda və milli qanunvericilik mətnində yenidən qurulması; məhkəmə və parlamentin formalaşdırılması; vətəndaş cəmiyyətinə və çoxpartiyalı siyasi sistemə keçid, sosio-mədəni yenilənmələr də  siyasi-sosioloji paralelliyi təşkil edir. Heydər Əliyev  Müstəqil Azərbaycanın Güclü dövlət modelini quran Rəhbərdir.

Üçüncü mərhələdə dövlətçiliyin milli ideologiyasının - azərbaycançılığın təminatı quruldu. Ölkədə məskunlaşan hər xalqın öz mədəniyyətinin, adət-ənənəsinin, həyat tərzinin hifz edilməsi, inkişafi, onların hüquqlarının müvafiq qanunlarla qorunması tənzimləndi. Bu zəmində də Milli ideyadan, milli ideologiya-azərbaycançılıq birliyi ətrafında ölkə vətəndaşları sıx birləşdi. Ulu öndər azərbaycançılıq ideyasını ideologiyaya - milli nəzəri konseptə çevirdi. Azərbaycançılıq ədəbi, mədəni-mənəvi, fəlsəfi dəyərlərlə bahəm, sosio-siyasi məzmun daşıyaraq ümumi ideoloji təlim kimi milli dövlətçilik institutunun bölünməz tərkib hissəsi oldu. Bu baxımdan milliliklə dövlətçilik qovuşaraq, onların vəhdəti təmin olundu.

  -Ulu öndər daxili siyasi Yol kursu - xalqın ağır sınaqlardan keçən tarixləri 28 may Respublika gününü, 26 may Ordu gününün bayram kimi  qeyd edilməsini qanunla təsdiqlədi. Milli dəyərlərə, mənəvi adət ənənələrə hörmətlə yanaşan Ümummilli Lider həmçinin müsəlmanların müqəddəs Ramazan, Qurban bayramlarını da müvafiq olaraq təqvimdə bayram günü kimi reallaşdırdı. Bu islahatlar mili dirçəliş, milli oyanış, milli özünüdərk kimliyinin azərbaycançılıq ideoloji mətnində vəhdətinin siyasi sosioloji intizamıdır.

Ulu Öndərin milli dövlət idarəetmə fəaliyyət strategiyasında çoxmillətli, çox mədəniyyətli ölkənin xalqlarının milli dövlətçilik haqda istəkləri gerçəkləşdirildi. Azərbaycan vətəndaşlarının, xalqının və bu ərazidə yaşayan  xalqların Milli Dirçəliş Siyasi Konsepsiyası zəruriləşdi.

Ulu öndər dövlət quruculuğu strateji Yol kursunda:

-Milli Dövlətçilik İnstitutunun Siyasi Arxitekturası;

-Siyasi - Hüquqi İdarəçilik Nəzəriyyəsini;

-Dövlətiyaratma quruculuq xətti;

-Dünyaya inteqrasiya istiqamətləri;

- Beynəlxalq qarşılıqlı dövlətlərarası əməkdaşlıq münasibətlərini müəyyənləşdirdi.

 Heydər Əliyev Milli quruculuq Yolunun siyasi sosiologiyası -Yeni dövlətçilik institutunun cəmiyyətdə mahiyyəti və rolu, ideoloji plüralizm problemi, müstəqil respublikada çoxpartiyalı siyasi sistemin təşkili, yeni milli Konstitutsiya, suverenliyədək heç bir idarəçilik formasının oxşarı olmayan fərdlə dövlət, cəmiyyətlə dövlət arasında əlaqə və s. bir nəzəri strateji Yeni İntibah İrsidir.

Müstəqil Azərbaycan Ulu Öndərin rəhbərliyi ilə müasir, dünyəvi, dünya birliyi ilə ikitərəfli və çoxtərəfli beynəlxalq əməkdaşlığa inteqrasiya Yolunu tutan, suveren və demokratikləşməni həyata keçirən, hüquqi tənzimlənmə zəminində respublika olaraq tanınmağa və sayılmağa başladı.

Ulu öndərin Dövlətçilik strategiyası Yolunun əsası:

  • Ölkənin Ali Qanunverciliyinin - Müstəqil Respublikanın ilk milli Kostitusiyasının təsbitidir.
  • Ulu öndər iqtisadi Yol kursu – iqtisadi inkişafı dövlət həyatının ən vacib vəzifəsi etməsinin, sosial-iqtisadi sistemlərin əlaqəsinin, siyasi-sosioloji intizam xəttidir. Bu mənada ulu öndər 1994-cü il 20 sentyabrda müstəqil Azərbaycanın ilk neft müqaviləsini  “Əsrin kontraktını” imzalayaraq ölkədə, regionda, hətta beynəlxalq enerji strategiyasında “Yeni neft siyasəti”nin başlanmasıdır. Qeyd edək ki, Xəzər hövzəsi dövlətlərarası münasibətlərdə maraqların toqquşduğu nöqtədir. Ulu öndər o zaman Dövlət Neft Şirkətinin Birinci vitse-prezidenti olan İlham Əliyevi də enerji layihələri ilə bağlı aparılan mübahisəli müzakirələrə dəvət etdi. Burada əsas vacib məsələ Azərbaycanın milli mənafeyini qoruyaraq, milli və dövlətçilik baxımından bu saziş imzalanarkən,  öz milli maraqlarını qoruyub saxlamaq idi. Gənc və diplomatik bacarıqlı Dövlət Neft Şirkətinin keçmiş Birinci vitse-prezidenti İlham Əliyevin isə problemə bələd olması, bu əhəmiyyətli müqavilənin müvəffəqiyyətlə başa çatmasına kömək oldu.

Yeni intibahın ilkin siyasi sosioloji göstəricisi olaraq, ölkənin yeni iqtisadi inkişafının müəyyənləşməsində Yeni Neft siyasətinin “Əsrin müqaviləsinin” imzalanması xətti oldu.

  • Ulu Öndər bazar iqtisadiyyatına keçid dövründə tənəzzülə uğramış idman, mədəniyyət, təhsil, elm, səhiyyə, ümumilikdə sosial və humanitar sahənin   də dirçəlişinə təkan verdi.
  • Ulu öndər beynəlxalq dünya birliyi siyasətinə inteqrasiyanın təməlini yaratdı. Belə ki, Müstəqil Azərbaycan BMT-dən sonra, MDB-nin, ATƏT-in, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, Davos İqtisadi Forumunun, İqtisadi Əməkdaşlıq Təşkilatının, Türk dövlətləri Təşkilatının və s. nüfuzlu qurumların üzvü oldu.

    Ulu Öndər BMT tribunasından Ana dili – azərbaycan dilində ilk çıxış edən Azərbaycan rəhbəridir. İstər ilk hakimiyyəti illərində (sovet), istərsə də postsovet dövründə Ulu Öndər azərbaycan dilini Dövlət dili olaraq vətəndaşlara təlqin etdi,rəsmiləşdirdi. Bu da azərbaycançılığın əsas təməllərindən biridir. Ulu Öndər Ali Baş Komandan, General idi. Heydər Əliyev davranışı, siyasi mədəniyyəti, milli düşüncəli, dünyəvi mənəviyyatlı, tolerant, qətiyyətli, hərtərəfli hazırlıqlı milli Lider idi.

Müstəqil Azərbaycanın yeni İntibahının onun geosiyasi, geoiqtisadi, hüquqi, sosiomədəni, siyasi institutları və milli inkişaf strategiyasının təməli qoyuldu. Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun yenidən bərpasında,inkişafında ulu öndərin fikri, sözü, fərmanı, sərəncamı – imzası olmasın.

        Fikrimizi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın məntiqi ilə bitirək: “Onun həmyaşıdları Heydər Əliyevin həyat dərslərinin mahiyyətini bu gün də öyrənirlər. Heydər Əliyev – tarix salnaməsinin XX əsr üçün taleyüklü səhifələrinin iştirakçısı, yaradıcısı, aparıcısı, 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran Vətəndaş, Şəxsiyyət, Liderdir... Vətənin – Azərbaycanın taleyi onun adi insan taleyi ilə əbədi olaraq bağlandı”(4)         

 

Ədəbiyyat siyahısı:

 

  1. Azerbaijan-news.az/view/171037
  2. az/xeber/ 94 99 19
  3. Rəna Mirzəzadə “Birinci Vitse-prezidentlik institutu Xanım Mehriban Əliyevanın siyasi-ictimai və humanitar fəaliyyət paradiqmaları”. 525-ci qəzet. 21.02.2022
  4. Rəna Mirzəzadə, “Yeni dünya nizamı və milli ideya" siyasi fəlsəfi paradiqması. “Elm və həyat” jurnalı, 2017, may.     
  5. Шпенглер О. Закат Европа. М., Мысль, 1998, т2, с166
  6. Ф.Фукуяма. Сильное государство: Управление и мировой порядок в XXI веке. М., 2006, с. 68
  7. Г.Гегель Т.д. Сочинения I, c.50

 1615267302_1603089306_1599847238_1587038620_5e98232c0067e.jpg (35 KB)

Rəna Mirzəzadə
AMEA FSİ “Siyasətin fəlsəfəsi və
sosiologiyası” şöbəsinin müdiri, professor

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR